“Qarabağdakı vəziyyət Rusiyanı ciddi narahat edir” - Peskov

“Qarabağdakı vəziyyət Rusiyanı ciddi narahat edir” -  Peskov
  28 Sentyabr 2020    Oxunub:3454
Dağlıq Qarabağdakı vəziyyət Rusiyanın və bir çox digər ölkələrin ciddi narahatlığına səbəb olub.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Hesab edirik ki, hərbi əməliyyatlar dərhal dayandırılmalı, münaqişənin həlli və indiki kəskinləşmənin nəticələri siyasi və diplomatik kanala keçməlidir. İndi kimin haqlı, kimin günahkar olduğunu aydınlaşdırmalı yox, məhz atəş dayandırılmalıdır”, - deyə Peskov söyləyib.

Kreml sözçüsü Moskvanın Qarabağdakı vəziyyətlə bağlı Türkiyə ilə tam təmasda olduğunu qeyd edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Peskov   Rusiya  





Xəbər lenti