“Kəndlərin azad edilməsini eşidəndə xoşbəxt oldum” - Xalq şairi

 “Kəndlərin azad edilməsini eşidəndə xoşbəxt oldum” -  Xalq şairi
  28 Sentyabr 2020    Oxunub:3174
"Ermənistanı müdafiə edən dövlət faşizmə xidmət edir"
Bunu Azvision.az -a açıqlamasında Xalq şairi Nəriman Həsənzadə ordumuzun cəbhədəki son qələbələrindən danışarkən deyib.

Tanınmış yazıçı bildirib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi tarixi hadisədir: "Ölkəmiz böyük qələbə qazanır. Cənab Prezident Azərbaycan xalqını qələbə münasibəti ilə təbrik etdi. Azərbaycanın güclü ordusu və dünya miqyasında müdrik Prezidenti var. Hazırda Azərbaycanda ümumxalq müharibəsi başlayıb və insanlarımız faşizmə qarşı vuruşur. Ermənistanda faşist Qaregin Njdeyə heykəl qoyublar. Soçidə keçirilən “Valday” konfransı zamanı Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan baş naziri Paşinyanı rüsvay etdi. Paşinyan da, babası da faşistdir. Azərbaycan xalqı ayağa qalxıb, öz haqqını müdafiə edir, öz torpaqlarında döyüşür. Faşizmlə mübarizə aparırıq. Ermənilər ona görə faşistdirlər ki, mülki əhalini, dinc sakinləri öldürürlər. Onlar ordumuzla döyüşmür. Tarixdə belə şey olmayıb ki, kəndləri dağıdasan, əhalini öldürəsən. Ancaq onu erməni edə bilərdi. Ermənistanı hansı dövlət müdafiə edirsə, o faşizmə xidmət edir.

Azərbaycanın 7 kəndinin azad olunması, Murov zirvəsinin geri qaytarılması xəbərlərini eşidəndə uşaq kimi sevindim, xoşbəxt oldum. Bu, çox böyük tarixi hadisədir. Xalqımızda böyük ruh yüksəkliyi var. Şəhid xəbərlərimizə üzülürəm. Ancaq qəhrəman oğullarımız yetişəcək. Əsərlərin qəhrəmanı olacaqlar. Onlar qəhrəmandırlar".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Xalq-şairi  





Xəbər lenti