NATO Qarabağdakı vəziyyətlə bağlı bəyanat yayıb

 NATO Qarabağdakı vəziyyətlə bağlı bəyanat yayıb
  27 Sentyabr 2020    Oxunub:2433
NATO Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ilə bağlı bəyanat yayıb.
Azvision.az xəbər verir ki, bəyanatda təmas xəttində genişmiqyaslı hərbi əməliyyatlar barədə məlumatların NATO-da dərin narahatlıq doğurduğu vurğulanıb.

“Münaqişə tərəfləri dinc əhali arasında itkilərə səbəb olan döyüş əməliyyatlarını dərhal dayandırmalıdır. Bu münaqişənin hərbi həlli yoxdur. Tərəflər sülh danışıqlarını bərpa etməlidirlər. NATO ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NATO  





Xəbər lenti