Ermənistanda qan qıtlığı yarandı

   Ermənistanda qan qıtlığı yarandı
  27 Sentyabr 2020    Oxunub:2504
Ermənistan Səhiyyə Nazirliyi ölkə vətəndaşlarını könüllü olaraq qan verməyə çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin rəsmi "Facebook" səhifəsində məlumat paylaşılıb.

"Biz bu qanvermədən sonra nə qədər qan qıtlığı yaşaya və nə qədər şəxsin həyatını xilas edəcəyimizi biləcəyik. Bir çox səhiyyə ocaqlarına artıq müraciətlər başlayıb".

Qeyd edək ki, Ermənistan Səhiyyə Nazirliyinin bu müraciəti ermənilər arasında təşvişə səbəb olub. Yerli sakinlər bunu Ermənistan ordusunda itki və yaralıların sayının rəsmi məlumatlardakı rəqəmlərdən daha çox olması ilə əlaqələndiriblər.

Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti