ATƏT sədri tərəfləri atəşkəs rejiminə qayıtmağa çağırır

ATƏT sədri tərəfləri atəşkəs rejiminə qayıtmağa çağırır
  27 Sentyabr 2020    Oxunub:2140
ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş Naziri Edi Rama Dağlıq Qarabağ münaqişəsi tərəflərini atəşkəs rejiminə qayıtmağa çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə ATƏT sədrinin bəyanatında deyilir.

“Qurbanların sayının daha da artmaması üçün tərəfləri dərhal atəşkəsə əməl etməyə çağırıram", - deyə Rama əlavə edib.

ATƏT-in fəaliyyətdə olan sədri Minsk Qrupu həmsədrlərinin münaqişə tərəfləri ilə aktiv əlaqə saxladığını qeyd vurğulayıb.

Rama həmsədrlərin ilkin şərtlər olmadan substantiv danışıqları mümkün qədər tez bərpa etmək səylərini dəstəklədiyini söyləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ATƏT  





Xəbər lenti