Ceyhun Bayramov Lavrovla Qarabağdakı vəziyyəti müzakirə edib

  27 Sentyabr 2020    Oxunub : 2793
 Ceyhun Bayramov Lavrovla Qarabağdakı vəziyyəti müzakirə edib
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, Lavrov Dağlıq Qarabağdakı vəziyyətin kəskinləşməsini müzakirə edib və təmas xətti boyunca atəşdən narahatlığını bildirib.

"27 sentyabrda Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub. Nazirlər Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətin kəskin şəkildə gərginləşməsini müzakirə ediblər.

Lavrov təmas xətti boyunca mülki əhali arasında itki ilə nəticələnən atəşin davam etməsindən ciddi narahatlığını dilə gətirib", - deyə açıqlamada vurğulanıb.

Qeyd edilib ki, Rusiya tərəfi tezliklə atəşkəsə nail olunmasının zəruriliyini vurğulayıb: "Rusiya ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə vəziyyəti sabitləşdirməyə yönəlmiş vasitəçilik səylərini davam etdirəcək".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya   XİN