“Qarabağda barışıq olması üçün dua edirəm” - Roma Papası

“Qarabağda barışıq olması üçün dua edirəm” -  Roma Papası
  27 Sentyabr 2020    Oxunub:2899
Roma Papası Fransisk Dağlıq Qarabağdakı vəziyyətlə bağlı tərəfləri dialoqa və danışıqlara çağırıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə o, ənənəvi xütbəsi zamanı dindarlara müraciətində bildirib.

“Qafqazdan həyəcanverici və narahatlıq doğuran xəbərlər alırıq. Bu bölgədə barışıq olması üçün dua edirəm və münaqişə tərəflərini xüsusi xoşməramlı və qardaşlıq jestləri edərək güc tətbiq etmədən bütün problemlərin həllinə dair konkret addımlar atmağa çağırıram”, - deyə Roma Papası vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qafqaz  





Xəbər lenti