“Vəziyyətin gərginləşməsindən narahatıq” - AŞ-nın baş katibi
“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı eskalasiya məni ciddi narahat edir. Üzv dövlətlərimiz olan Ermənistanı və Azərbaycanı hərbi əməliyyatları dərhal dayandıraraq məsuliyyət və təmkin nümayiş etdirməyə çağırıram.
Avropa Şurasına qoşularkən həm Azərbaycan, həm də Ermənistanın münaqişəni sülh yolu ilə həll etmək öhdəliyini götürüblər və bu öhdəliyə ciddi şəkildə əməl edilməlidir.
Avropa Şurası adından mən iki üzv dövlətimizin səlahiyyətlilərini insan həyatını qorumaq və hərbi münaqişəyə girməmək üçün mümkün olan hər şeyi etməyə çağırıram.
ATƏT-in Minsk Qrupu həmsədrlərinin üzv dövlətlərimizin bu münaqişənin sülh yolu ilə həllinin tapması cəhdlərində onlara dəstəyimizi təkrar edirik”.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: AvropaŞurası