Fransa XİN-dən Bakı və İrəvana çağırış - BƏYANAT

  27 Sentyabr 2020    Oxunub : 1851
Fransa XİN-dən Bakı və İrəvana çağırış -  BƏYANAT
Fransa Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda vəziyyətin yenidən kəskinləşməsi ilə bağlı bəyanat yayıb.
Azvision.az xəbər verir ki, bəyanatda Fransa vəziyyətin kəskinləşməsindən narahat olduğunu bildirərək, hərbi əməliyyatların dərhal dayandırılmasına çağırıb.

Bəyanatda mülki əhali arasında itkilərdən narahatlıq ifadə olunub.

“Fransa Dağlıq Qarabağda hazırda gedən genişmiqyaslı toqquşma və mülki əhali arasında itkilərin olması ilə bağlı məlumatlardan çox narahatdır. Hərbi əməliyyatların dərhal dayandırılmasına və dialoqun bərpasına çağırır.

Minsk qrupunun həmsədri qismində Fransa rus və amerikalı tərəfdaşları ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində danışıqlar yolu ilə davamlı həllinə nail olmaq öhdəliyinə sadiq olduğunu bir daha bildirir”,- deyə bəyanatda qeyd edilib.

Azvision.az

Teqlər: Fransa