“Sona qədər azərbaycanlı qardaşlarımızın yanındayıq” - Hulusi Akar

“Sona qədər azərbaycanlı qardaşlarımızın yanındayıq” -  Hulusi Akar
  27 Sentyabr 2020    Oxunub:3419
"Qafqazdakı sülh və sabitliyə ən böyük maneə Ermənistanın təcavüzkar mövqeyidir.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

Akar bəyan edib ki, bölgədə ciddi təhlükə yaradan bu təcavüzkarlığın qarşısı dərhal alınmalıdır.

"Ermənistanın xain hücumlarını qınayırıq. Ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə sona qədər azərbaycanlı qardaşlarımızın yanında olacağıq", - Akar bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: HulusiAkar  





Xəbər lenti