ABŞ-da atışma, 11 nəfər yaralandı

  27 Sentyabr 2020    Oxunub : 1104
ABŞ-da atışma, 11 nəfər yaralandı
ABŞ-ın Ayova ştatının Uoterlu şəhərində baş vermiş atışma zamanı bir nəfər həlak olub.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə şəhərin polis şefi Coel Fisdjerald keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, şəhərin mərkəzi hissəsində qeydə alınan hadisə zamanı daha 11 nəfər xəsarət alıb. Yaralılardan 8-i odlu silahdan açılan atəş nəticəsində güllə xəsarətləri alıb. Xəsarət alanlardan birinin vəziyyəti ağırdır.

Azvision.az

Teqlər: ABŞ   Atışma