Britaniyada koronavirusa yoluxmalar artır

Britaniyada koronavirusa yoluxmalar artır
  27 Sentyabr 2020    Oxunub:1864
Böyük Britaniyada son sutka ərzində koronavirusa (COVID-19) 6042 yeni yoluxma faktı qeydə alınıb, 34 nəfər infeksiyadan vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Britaniyada koronavirusa yoluxanların sayı 429 277, xəstəlikdən ölənlərin sayı isə 41 971 nəfərə çatıb.

Son günlər Böyük Britaniyada virusa yoluxma sayında kəskin artım müşahidə edilir. Ölkədə pandemiyanın ikinci dalğasının başladığı elan olunub.

Azvision.az


Teqlər: Britaniya   Koronavirus   Pandemiya  





Xəbər lenti