COVID-19 qurbanlarının sayı 1 milyona çatır
İndiyədək 24 milyon 199 min 670 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
ABŞ COVID-19 virusuna yoluxanların sayına görə dünyada birinci yerdədir. Birləşmiş Ştatlarda 7 milyon 244 184 nəfər virusa yoluxub. Sonrakı yerləri Hindistan, Braziliya, Rusiya, Kolumbiya və Peru tutur. ABŞ ölənlərin sayına görə də dünya lideridir.
Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Koronavirus Pandemiya