Ukraynada AN-26 təyyarələrinin uçuşu dayandırıldı

Ukraynada AN-26 təyyarələrinin uçuşu dayandırıldı
  26 Sentyabr 2020    Oxunub:2235
Ukrayna Prezidenti Vladimir Zelenski AN-26 tipli hərbi təyyarələrlə uçuşların dayandırılması haqqında əmr imzalayıb.
Azvision.az xəbər verir ki, bu barədə Prezident Aparatı rəhbərinin müavini Oleq Tatarov bildirib.

Onun sözlərinə görə, Xarkov vilayəti yaxınlığında hərbi təyyarənin qəzaya uğrama səbəbi məlum olanadək tapşırıq qüvvədə qalacaq.

"Prezident faciənin səbəbləri aydınlaşana qədər oxşar təyyarələrin iştirakı ilə uçuşların dayandırılması barədə əmr verib. Müdafiə naziri və Baş Qərargah rəisi artıq əmri yerinə yetirməyə başlayıblar",- deyə Tatarov vurğulayıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ukrayna  





Xəbər lenti