Ukraynada matəm elan olundu
"25 sentyabr tarixində Xarkov vilayətinin Çuquyev şəhəri yaxınlığında planlaşdırılan təlim uçuşları zamanı AN-26 hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində Ukrayna Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularının ölümünə səbəb olan faciə ilə əlaqədar olaraq, qurbanların xatirəsini anmaq üçün 26 sentyabr Ukraynada matəm günüdür", - sənəddə deyilir.
Fərmana əsasən, matəm günü Ukraynanın hər yerində dövlət bayrağı endirilməlidir. Bütün əyləncə və konsert tədbirləri ləğv edilməli, televiziya və radio proqramlarında müvafiq dəyişikliklər aparılmalıdır.
Zelenski təyyarə qəzasının səbəblərinin operativ aydınlaşdırılması, obyektiv və qərəzsiz istintaqın aparılmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, təyyarə qəzasında 26 nəfər həlak olub.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Ukrayna