ABŞ-da koronavirusa yoluxanların sayı 7 milyonu ötüb

ABŞ-da koronavirusa yoluxanların sayı 7 milyonu ötüb
  26 Sentyabr 2020    Oxunub:2179
ABŞ-da koronavirus infeksiyasına yoluxanların sayı 7 milyon nəfəri ötüb.
Azvision.az xəbər verir ki, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, ABŞ-da indiyədək koronavirusa 7 005 746 nəfər yoluxub, 203 240 pasiyent vəfat edib, 2 710 183 nəfər isə sağalıb.

Ən çox yoluxma halları Kaliforniya (801 006), Texas (747 491), Florida (695 887) və Nyu-York (453 755) ştatlarında qeydə alınıb.

Azvision.az


Teqlər: ABŞ   Koronavirus  





Xəbər lenti