Ermənistanda müxalifət lideri həbs olundu

 Ermənistanda müxalifət lideri həbs olundu
  26 Sentyabr 2020    Oxunub:2817
İrəvan Ümumi Hüquq Məhkəməsi müxalif “Çiçəklənən Ermənistan” partiyasının lideri, biznesmen Qaqik Tsarukyanın həbsinə qərar verib.
Azvision.az xəbər verirr ki, bu barədə onun vəkili Yerem Sarkisyan jurnalistlərə açıqlamasında bildirib.

Vəkilin sözlərinə görə, məhkəmə müxalifət liderinə qarşı qabaqlayıcı tədbir kimi həbs qətimkan tədbirinin seçilməsinə dair qərar qəbul edib.

Xatırladaq ki, Ermənistanın ən zəngin iş adamlarından biri olan Tsarukyan külli miqdarda vergidən yayınma, habelə seçicilərə rüşvət vermək və torpaq sahələrini mənimsəməkdə ittiham olunur. Parlament onu deputat toxunulmazlığından məhrum edib.

Azvision.az


Teqlər: Ermənistan   Müxalifət   Həbs  





Xəbər lenti