Ukraynada təyyarə qəzasında 25 nəfər ölüb - (YENİLƏNİB)

Ukraynada təyyarə qəzasında 25 nəfər ölüb -  (YENİLƏNİB)
  26 Sentyabr 2020    Oxunub:8285
Ukraynanın Xarkov vilayəti yaxınlığında “AN 26” təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.
Azvision.az xəbər verir ki, qəza nəticəsində 25 nəfər həlak olub, iki nəfər xəsarət alıb.

Qeyd edək ki, bundan əvvəl 22 nəfərin öldüyü bildirilirdi. İlkin məlumata görə, qəzaya texniki nasazlıq səbəb olub.

***
(23:46)

Ukraynanın Xarkov vilayətində baş vermiş təyyarə qəzasında 22 nəfər həlak olub.

Azvision.az xəbər verir ki, bu barədə Xarkov vilayətinin regional dövlət administrasiyasının rəhbəri Aleksey Kuçer "Telegram" kanalında yazıb.

Hadisə zamanı 2 nəfər sağ qalıb, hazırda 4 nəfərin taleyi məlum deyil. Qəza yerində axtarış işləri aparılır.

***
(23:00)

Ukraynanın Xarkov vilayətinin Çuquyev şəhəri yaxınlığında “An-26” hərbi təyyarəsi qəzaya uğrayıb.

Azvision.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında baş verib.

Məlumata görə, qəzaya düşən təyyarədə 28 nəfər olub. Onlardan 7 nəfəri ekipaj üzvü, 21-i kursantdır.

Ukraynanın Daxili İşlər Nazirliyi qəza nəticəsində 20 nəfərin öldüyünü açıqlayıb. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.



Azvision.az


Teqlər: Ukrayna   Təyyarə   Qəza  





Xəbər lenti