Britaniyada COVID-19 təhlükəsi böyüyür

Britaniyada COVID-19 təhlükəsi böyüyür
  26 Sentyabr 2020    Oxunub:2829
Böyük Britaniyada son sutka ərzində koronavirusa (COVID-19) 6874 yeni yoluxma faktı qeydə alınıb, 34 nəfər infeksiyadan vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu, pandemiyanın başlanğıcından bəri ən yüksək gündəlik göstəricidir. Ümumilikdə isə Britaniyada koronavirusa yoluxanların sayı 423 236, xəstəlikdən ölənlərin sayı isə 41 936 nəfərə çatıb.

Son günlər Böyük Britaniyada virusa yoluxma sayında kəskin artım müşahidə edilir. Ölkədə pandemiyanın ikinci dalğasının başladığı elan olunub.

Azvision.az


Teqlər: Britaniya   Koronavirus   Pandemiya  





Xəbər lenti