Türkiyədə bu gün koronavirusdan 73 nəfər ölüb

  25 Sentyabr 2020    Oxunub : 2947
   Türkiyədə bu gün koronavirusdan 73 nəfər ölüb
Türkiyədə son sutka ərzində 73 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 1665 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 7858, virusa yoluxanlar isə 311 455 nəfərə çatıb.

Türkiyədə indiyədək 273 282 pasiyent (son sutkada 1318 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az

Teqlər: Türkiyə   Koronavirus