Nazirliyin mətbuat xidmətindən
Azvision.az -a bildirilib ki, sentyabrın 25-də keçirilən monitorinqlər zamanı Yasamal rayonunda “Zəka dəftər mağazası”nda, Elşad Vəliyevə, Dadaş Dadaşova pərakəndə ticarət obyektlərində, Səbail rayonunda “İlqar market”də, “Cənnət market”də, “Starmart mağazası”nda, "Gəlinqaya kafesi”ndə, "Trabzon dönər"də, “Totel Baku” iaşə obyektində, Xətai rayonunda “Araz market”də, “Pak dad” iaşə obyektində, Binəqədi rayonunda “Kəndli kafe”də, “All season kafe”də, Qaradağ rayonunda Fikrət Ağayevə, Elxan Bağırova, Elçin Həsənova məxsus pərakəndə ticarət obyektlərində, Sabunçu rayonunda “Zəngi kafesi”ndə, Teymur İbayevə, Aqşin Mirzəyevə məxsus iaşə obyektlərində, Suraxanı rayonunda “Elnur market”də, Rəşad Bayramova məxsus ticarət, Tahir Əliyevə məxsus iaşə obyektində, Nizami rayonunda “Bəyaz market”də, “Al market”də, "Totu kafesi”ndə, “Manqal üstü” iaşə obyektində, Nəsimi rayonunda "Marmaris restoran&un məmulatları”nda, “Şəki xan restoranı”nda, “Ağdaş restoranı”nda, Nərimanov rayonunda “Veka mağazası”nda, “Osmanlı restoran”da, “Taxtalı xəngəl kafe”də, “Dostlar kafesi”ndə, “Xan pub”da, Xəzər rayonunda “Aysu inşaat”, “Supertoys” mağazalarında, Sumqayıt şəhərində Azadxan Zəkiyevə məxsus xidmət, Rauf Qəhrəmanova, Bəhruz Namazova, Raut Rəsulova məxsus pərakəndə ticarət obyektlərində, Abşeron rayonunda Bəhlul Mehdiyevə, Rasim Cəfərova, Elnur Murtuzova məxsus mağazalarda, Nigar Novruzovaya, Rövşən Göyüşova məxsus xidmət obyektlərində, ümumilikdə, 119 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.
Nöqsana yol vermiş vergiödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbir görülüb.
Azvision.az