“Terrorun Avropada yeri yoxdur” - Şarl Mişel

  25 Sentyabr 2020    Oxunub : 1634
“Terrorun Avropada yeri yoxdur” -  Şarl Mişel
Terrorun Avropa ərazisində yeri yoxdur.
Azvision.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel satirik “Charlie Hebdo” jurnalının Parisdəki keçmiş binası qarşısında naməlum şəxsin yoldan keçən insanlara hücumunu şərh edərkən deyib.

"Charlie Hebdo-nun keçmiş ofisi qarşısında soyuq silahla yeni hücum. Bütün düşüncələrim bu şiddət aktının qurbanları ilə əlaqədardır. Terrorun Avropa ərazilərində yeri yoxdur. Bu sınaqda Fransa xalqı ilə tam həmrəyik" .

Qeyd edək ki, Parisin 11-ci dairəsində “Charlie Hebdo”nun keçmiş binası qarşısında naməlum şəxs soyuq silahla insanlara hücum edib. Hadisə nəticəsində dörd nəfər yaralanıb, onlardan ikisinin vəziyyətinin ağırdır. Hücumu törədən şəxs hadisə yerindən qaçıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: ŞarlMişel