Həbsxanada növbəti qanunsuzluq

Həbsxanada növbəti qanunsuzluq
  29 Yanvar 2014    Oxunub:1163
Bakı İstintaq təcridxanasında mobil telefonu aşkar edilərək götürülüb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, Bakı İstintaq təcridxanasında saxlanılan Mobil Zakir oğlu İsmayılovun saxlandığı kameraya və üzərinə baxış keçirilib. Baxış zamanı onun əynində olan gödəkçənin cibindən daxilində "Sim" danışıq kartı olan bir ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, M.İsmayılov Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə təqsirli bilinərək həbs edilib.

Fakt üzrə araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti