Rusiya Navalnıya görə Almaniyaya nota verdi

 Rusiya Navalnıya görə Almaniyaya nota verdi
  25 Sentyabr 2020    Oxunub:2950
Rusiya Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı (OPCW) yanındakı Almaniya Daimi nümayəndəliyinə Aleksey Navalnı ilə bağlı vəziyyət barədə hərtərəfli məlumat verilməsini tələb edən nota ünvanlayıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın OPCW-dəki Daimi nümayəndəsi Aleksandr Şulqin deyib.

O bildirib ki, qarşı tərəfdən Kimyəvi Silahların Qadağan Edilməsi Konvensiyasına uyğun olaraq hərtərəfli məlumat verməsi tələb olunur.

Diplomat deyib ki, söhbət analizlərin cavabı, biomateriallar və digər klinik nümunələrin nəticələri daxil olmaqla, Almaniyanın sahib olduğu məlumatlardan gedir.

Şulqin xatırladıb ki, bundan əvvəl Rusiya analizlərin və digər materialların nəticələrini alman tərəfindən almaq üçün ikitərəfli kanallar vasitəsi ilə cəhdlər göstərib, lakin bunlar uğursuz olub.

Qeyd edək ki, bu ilin avqust ayında Rusiya müxalifətinin lideri Aleksey Navalnı Berlin klinikasına aparılıb, orada ona zəhərlənmə diaqnozu qoyulub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Navalnı  





Xəbər lenti