Rusiyada koronavirusdan ölənlərin sayı 20 mini ötdü

Rusiyada koronavirusdan ölənlərin sayı 20 mini ötdü
  25 Sentyabr 2020    Oxunub:1668
Rusiyada son sutka ərzində daha 7212 nəfər koronavirusa yoluxub.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkədə virusa yoluxanların ümumi sayı 1 136 048-ə yüksəlib.

Rusiyada bir gündə virusdan 108 xəstə ölüb, pandemiya qurbanlarının sayı 20 056 nəfərə çatıb.

İndiyədək 934 146 xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti