Gürcüstanda yoluxma sayı getdikcə artır

Gürcüstanda yoluxma sayı getdikcə artır
  25 Sentyabr 2020    Oxunub:1671
Gürcüstanda son sutka ərzində daha 265 nəfər koronavirusa yoluxub. Ölkə üzrə ümumi yoluxma sayı 4664-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat yer alıb.

İndiyədək 1759 pasiyent sağalıb, 27 nəfər dünyasını dəyişib. Hazırda karantində 5584, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır.

Qeyd edək ki, son günlər Gürcüstanda yoluxma sayında ciddi artım müşahidə edilir. Ölkədə pandemiyanın ikinci dalğasının başladığı elan olunub.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Gürcüstan   Koronavirus  





Xəbər lenti