Braziliyada virusdan ölənlərin sayı 140 minə çatır

  25 Sentyabr 2020    Oxunub : 1786
Braziliyada virusdan ölənlərin sayı 140 minə çatır
Braziliyada son 24 saat ərzində 831 nəfər koronavirusun qurbanı olub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Braziliyada COVID-19 virusundan ölənlərin sayı 139 808-ə yüksəlib. Yoluxma sayı son sutkada 32 817 nəfər artaraq 4 657 702-yə çatıb. İndiyədək 4 23 789 xəstə sağalıb.

Braziliya Latın Amerikasında "epidemiyanın mərkəzi" olaraq xarakterizə edilir.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: