Aİ-nin xüsusi nümayəndəsi Bakıya gəldi

 Aİ-nin xüsusi nümayəndəsi Bakıya gəldi
  25 Sentyabr 2020    Oxunub:1753
Avropa İttifaqının (Aİ) Gürcüstan və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Bakıya gəlib.
Azvision.az xəbər verir ki, bu barədə o, “Twitter” hesabında yazıb.

Xüsusi nümayəndə iki gün Bakıda olacaq və bir sıra görüşlər keçirəcək.

“Görüşlər keçirmək üçün iki gün Bakıda olacağam. Avropa İttifaqı Cənubi Qafqazda sülh və sabitliyə böyük maraq göstərir. Gərginliyi azaltmaq və ATƏT-in Minsk Qrupu həmsədrlərinin rəhbərliyi ilə ön şərt olmadan əsaslı danışıqlar prosesinə qayıtmaq vacibdir", - deyə Klaar qeyd edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər:   Səfər  





Xəbər lenti