Hindistanda ölümcül virus tüğyan edir

  25 Sentyabr 2020    Oxunub : 1153
Hindistanda ölümcül virus tüğyan edir
Hindistanda son sutka ərzində 86 min 52 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi yoluxma hallarının sayı 5 milyon 818 min 571 nəfərə çatıb. Son bir gündə 1141 pasiyent pandemiyanın qurbanı olub. Bununla infeksiyadan ölənlərin sayı 92 min 290-a yüksəlib.

Qeyd edək ki, Hindistan COVID-19-a yoluxanların sayına görə dünyada ikinici, virusdan ölümlərə görə isə 3-cü yerdədir.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Hindistan   Koronavirus