Afrikada bir gündə minlərlə insan koronavirusa yoluxdu

Afrikada bir gündə minlərlə insan koronavirusa yoluxdu
  25 Sentyabr 2020    Oxunub:1445
Afrika qitəsində son 24 saatda 8186 nəfər koronavirusa yoluxub.
Azvision.az "Worldometer" portalına istinadən xəbər verir ki, Afrikada ümumi yoluxma sayı 1 milyon 444 min 619 nəfərə çatıb.

Pandemiya qurbanlarının sayı 175 nəfər artaraq 34 min 758-yə yüksəlib. İndiyədək 1 milyon 190 min 140 xəstə sağalıb.

Qitədə koronavirusdan ölənlərin sayına görə ilk sıralarda Cənubi Afrika (16 283), Misir (5 835) və Əlcəzair (1956) yer alır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Afrika   Koronavirus  





Xəbər lenti