Qorbaçov Trampa qarşı: “Dünyanı strateji xaosa aparır”

  Qorbaçov Trampa qarşı:  “Dünyanı strateji xaosa aparır”
  25 Sentyabr 2020    Oxunub:2516
“ABŞ Prezidenti Donald Trampın nüvə silahsızlaşdırılması siyasəti dünyanı strateji xaosa aparır”.
Azvision.az xəbər verir ki, bunu SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov Yaponiyanın “Asaxi” nəşrinə müsahibəsində deyib.

Qorbaçova görə, Tramp administrasiyası nüvə silahının bütün çərçivələrini məhv edir və yeni hərbi texnologiyalar, silahlar yaratmaqla riskləri artırır.

"Bu səbəbdən nüvə silahsızlanması məsələsinin beynəlxalq gündəmə çıxarılması üçün daha çox səy tələb olunur", - deyə Qorbaçov əlavə edib.

O, Rusiyanın nüvə gücü olaraq bu problemi təcili həll etməsinin lazım olduğunu vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qorbaçov   Rusiya   ABŞ  





Xəbər lenti