Qazaxıstanda 61 yeni yoluxma aşkarlandı

Qazaxıstanda 61 yeni yoluxma aşkarlandı
  25 Sentyabr 2020    Oxunub:1787
Qazaxıstanda son sutka ərzində koronavirusa 61 yeni yoluxma faktı aşkarlanıb.
Azvision.az xəbər verir ki, bu barədə "Central Asia" məlumat yayıb.

Bildirilib ki, ümumilikdə ölkə üzrə 107 590 yoluxma müəyyən edilib. İndiyədək 102 360 xəstə sağalıb, 1715 nəfər virusun qurbanı olub.

Qazaxıstan Səhiyyə Nazirliyinin məlumatına görə, 35151 nəfərin müalicəsi davam edir, onlardan 40-ı uşaqdır. Stasionar nəzarətdə 1804, ambulator şəraitdə isə 1711 xəstə var.

Koronavirusa yoluxanlardan 98 nəfərin vəziyyəti ağır, 13 pasiyentin durumu kritik qiymətləndirilir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Qazaxıstan  





Xəbər lenti