Rio-de-Janeyro karnavalı təxirə salındı

 Rio-de-Janeyro karnavalı təxirə salındı
  25 Sentyabr 2020    Oxunub:2226
Koronavirus pandemiyası səbəbindən Rio-de-Janeyroda ənənəvi karnaval 2021-ci ilin fevralında baş tutmayacaq.
Azvision.az “Globo” nəşrinə istinadən xəbər verir ki, bu barədə Müstəqil Samba Məktəbləri Liqası qərar verib.

Liqanın prezidenti Xorxe Kastaneyirin sözlərinə görə, bu, Rio-de-Janeyro karnavalının ləğvi deyil, keçirilmə vaxtı təxirə salınıb və həll yolu axtarılır. Fevral ayında parad keçirmək olmaz.

O bildirib ki, paradın mümkün tarixləri barədə danışmaq hələ tezdir. Karnavalın keçirilməsi koronavirus peyvəndinin əldə edilməsindən asılıdır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rio-de-Janeyro   Karnaval  





Xəbər lenti