Azərbaycanlı Türkiyədə qəza törətdi, 1 ölü

Azərbaycanlı Türkiyədə qəza törətdi, 1 ölü
  29 Yanvar 2014    Oxunub:1030
Azərbaycan vətəndaşı Türkiyənin Iğdır bölgəsində yol qəzası törədib.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, bu gün səhər saatlarında 55 yaşlı Azərbaycan vətəndaşı Səfər Sadıqovun idarə etdiyi 85 CB 664 nömrəli kamazla Türkiyə vətəndaşı 70 yaşlı İsmayıl Arasın maşını toqquşub. Nəticədə İ.Aras hadisə yerində dünyasını dəyişib. Hadisəyə dumanlı hava şəraitinin səbəb olduğu bildirilir

Həmyerlimizin ifadəsi alınmaq üçün Polis İdarəsinə aparılıb.

Faktla bağlı cinayət işi başlayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti