Xameneyinin adamı Ərdoğanı `kukla` adlandırdı

 Xameneyinin adamı Ərdoğanı `kukla` adlandırdı
  29 Yanvar 2014    Oxunub:1188
İranın ali dini lideri Ayətullah Əli Xameneyinin İran İnqilab Keşikçiləri Korpusunun nümayəndəsi Abdullah Maci Sadıki Türkiyənin baş nazirini sərt tənqid edib.
AzVision.az-ın fars mətbuatına istinadən xəbər verir ki, o baş nazir Rəcəp Tayyib Ərdoğanı İsrailin kuklası adlandırıb:

“Türkiyənin baş naziri son zamanlara qədər Suriya böhranında daha çox İsrailin kuklası kimi hərəkət edirdi. Ərdoğan İsrailin rejiminin əlində oyuncağa çevrilmişdi, amma son vaxtlarda oyandığını görürük”.

AzVision.az


Teqlər:  





Xəbər lenti