Britaniyada koronavirusa yoluxma kəskin artdı

Britaniyada koronavirusa yoluxma kəskin artdı
  24 Sentyabr 2020    Oxunub:2095
Böyük Britaniyada son sutka ərzində koronavirusa (COVID-19) 6178 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər infeksiyadan vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Britaniyada koronavirusa yoluxanların ümumi sayı 409 min 729, xəstəlikdən ölənlərin sayı isə 41 min 862 nəfərə çatıb.

Son günlər Böyük Britaniyada virusa yoluxma sayında kəskin artım müşahidə edilir. Ölkədə pandemiyanın ikinci dalğasının başladığı elan olunub.

Azvision.az


Teqlər: Britaniya   Koronavirus   Pandemiya  





Xəbər lenti