Türkiyədə virusa yoluxanların və ölənlərin sayı artdı

   Türkiyədə virusa yoluxanların və ölənlərin sayı artdı
  24 Sentyabr 2020    Oxunub:3044
Türkiyədə son sutka ərzində 72 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 1767 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 7711, virusa yoluxanlar isə 308 069 nəfərə çatıb.

Türkiyədə indiyədək 270 723 pasiyent (son sutkada 1027 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az



Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  





Xəbər lenti