Azərbaycanda “İnnovasiya həftəsi” keçiriləcək

Azərbaycanda “İnnovasiya həftəsi” keçiriləcək
  23 Sentyabr 2020    Oxunub:2089
Oktyabrın 5-dən 9-dək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sayca üçüncü “İnnovasiya həftəsi”ni təşkil edəcək. Gənclər arasında innovativ fikirlərin mübadiləsi və inkişaf etdirilməsində, eləcə də ölkədə startapların inkişafının genişləndirilməsində mühüm rol oynayan tədbirin tərəfdaşı və həmtəşkilatçısı “EU4Digital”dır.
Azvision.az xəbər verir ki, keçən il təşkil olunan “İnnovasiya həftəsi”nə Azərbaycandan və xarici ölkələrdən 2800-dən çox iştirakçı və 70-dən artıq məruzəçi qatılıb. COVID-19 virusu ilə əlaqədar məhdudiyyətlər səbəbindən bu il tədbir tamamilə rəqəmsal formatda keçiriləcək.

“EU4Digital” təşəbbüsünün təşkilatçılığı ilə oktyabrın 9-da sözügedən həftə çərçivəsində keçiriləcək “Femtech” adlı tədbirdə panel müzakirələrə öz töhfəsini verəcək ekspert məruzəçi çıxış edəcək. “Femtech” tədbirinin məqsədi gənc qız və qadınlara İKT və innovasiyaların və bu sahə üzrə təhsilin əhəmiyyəti və texnologiya sektorunda bir sıra iş imkanları haqqında daha çox məlumat öyrənməyə kömək etmək məqsədi daşıyır.

“İnnovasiya həftəsi” ərzində keçiriləcək digər tədbirlərə daxildir: “I2B – ideyadan biznesə” (5-6 oktyabr), “RoboChallenge” müsabiqəsi (6 oktyabr), “Rəqəmsal bacarıqlar və məşğulluq koalisiyası” (6 oktyabr), “Dünya şəbəkə sammiti” (7-9 oktyabr), eləcə də internet, maliyyə, bankçılıq, texnologiya, nəqliyyat, investisiyalar, biznes, sığorta, innovasiyalar və digər sahələri əhatə edəcək virtual panellər, “CyberTECH 2020” tədbiri (7 oktyabr), “MainTech Forum” (Azərbaycanda istehsal olunub: İnnovasiyalar və Texnologiyalar Forumu) (8 oktyabr) və oktyabrın 9-da 2019-2020-ci illərdə ən təşəbbüskar, fəal şirkət və layihələrə “İnnovasiya mükafatı” təqdim olunacaq.

Azvision.az


Teqlər: İnnovasiyahəftəsi  





Xəbər lenti