Elman Paşayev Rusiyada deputat olmaq istəyir

 Elman Paşayev Rusiyada deputat olmaq istəyir
  23 Sentyabr 2020    Oxunub:3824
Keçmiş vəkil, azərbaycanlı Elman Paşayev 2021-ci ildə Rusiya Dövlət Dumasına keçiriləcək seçkilərdə iştirak edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Paşayev TASS-a bildirib. Onun sözlərinə görə, bu qərarı hələ keçən il verib.

"Keçən ildən bəri planlaşdırmışdım, sənədləri Moskva şəhər Dumasına təqdim etdim, amma daha irəli getmədim. Sonra Moskvanın mənim üçün olmadığını başa düşdüm və Dövlət Duması seçkilərinə hazırlaşmağa qərar verdim. Hansı partiyadan, bunu hələ açıqlamayacam”, - deyə azərbaycanlı sabiq vəkil vurğulayıb.

Onun fikrincə, vəkillik işi millət vəkilinə bənzəyir: "Deputat bir vəkil kimi insanların maraqlarını qoruyur. 20 ildir bunu peşəkarlıqla edirəm. İnsanları daha yüksək səviyyədə müdafiə etmək istəyirəm".

Xatırladaq ki, E.Paşayev bu ilin iyun ayında Moskvada ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törədən məşhur aktyor Mixail Yefremovun vəkili olub. Məhkəmə aktyor M.Yefremov barəsində 8 il azadlıqdan məhrumetmə cəzası çıxarıb. Qalmaqallı məhkəmədən sonra E.Paşayev vəkil etikası məcəlləsini pozmaqda ittiham olunaraq vəkil statusundan məhrum edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Deputat   Elman-Paşayev  





Xəbər lenti