Çexiya da Lukaşenkoya qarşı çıxdı

Çexiya da Lukaşenkoya qarşı çıxdı
  23 Sentyabr 2020    Oxunub:2506
Çexiyanın Xarici İşlər naziri Tomas Petrşiçek Belarusda prezident seçkilərinin azad və ədalətli olmadığını iddia edərək Aleksandr Lukaşenkonun andiçmə mərasimini qanunsuz adlandırıb.
Azvision.az xəbər verir ki, bu barədə nazir “Twitter”də yazıb.

"Belarusda prezident seçkiləri azad və ədalətli keçirilmədi. Bu səbəbdən onun nəticələri də legitim deyil, buna görə Lukaşenkonun andiçmə mərasimi legitim deyil. Çexiya Belarus vətəndaş cəmiyyətini tamamilə dəstəkləyir. Belaruslar azadlığa layiqdir", - deyə Çexiyanın XİN rəhbəri əlavə edib.

Xatırladaq ki, daha əvvəl Litva və Slovakiyanın XİN rəhbərləri də Lukaşenkonu legitim prezident kimi tanımadıqlarını bəyan ediblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çexiya  





Xəbər lenti