Növbəti özəlləşdirmə hərracı keçirildi

Növbəti özəlləşdirmə hərracı keçirildi
  23 Sentyabr 2020    Oxunub:2348
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən növbəti hərrac təşkil olunub.
ƏMDX-dan Azvision.az -a bildirilib ki, hərracda özəlləşdirilən kiçik dövlət müəssisəsi Qusar rayonunda yerləşir. Dövlət Xidməti tərəfindən təşkil edilən hərraclarda hər kəsin sərbəst iştirakı təmin olunub. İştirak etmək istəyən şəxslərə seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb. Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracı qeydiyyatsız formada izləyə biliblər.

Növbəti dəfə keçiriləcək hərraclarda iştirak etmək istəyən şəxslər xidmətin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə Portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emdk.gov.az) “Elektron hərrac” bölməsini seçərək onlayn özəlləşdirməyə qoşula bilər.

Azvision.az



Teqlər: ƏMDX   Hərrac  





Xəbər lenti