Erməni partiya liderindən etiraf: “Ölkə böhran şəraitindədir”

 Erməni partiya liderindən etiraf: “Ölkə böhran şəraitindədir”
  23 Sentyabr 2020    Oxunub:3164
“Bu gün Ermənistan hakimiyyəti səhvlərini etiraf etməli, xalqın yanında dayanmalı və insanları məyus etməməlidir”.
Azvision.az xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan partiya üzvləri ilə görüşdə deyib.

O bildirib ki, mövcud böhran şəraitində kiçik və orta sahibkarlıq subyektləri üçün vergi yükünün 4-6 dəfə artırılması qəbuledilməzdir.

Tsarukyan oktyabrın 8-də digər müxalifət partiyaları ilə birgə böyük mitinqin keçiriləcəyini diqqətə çatdırıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti