Belarus Polşadan qisas almağa başladı

Belarus Polşadan qisas almağa başladı
  23 Sentyabr 2020    Oxunub:2560
Polşadan olan malların Belarusyaya gətirilməsinə icazə verilməyəcək.
Azvision.az xəbər verir ki, bu barədə Polşanın "Wyborcza" qəzeti yazıb. Bildirilib ki, dünəndən etibarən Belarus gömrükçüləri Polşa ilə sərhəddə yoxlamalar aparır.

Polşadan bu ölkəyə hər hansısa kiçik bir məhsul belə idxal edilə bilməz. Nəşrin qeyd etdiyinə görə, gömrük əməkdaşları hansı əmr əsasında hərəkət etdiklərini izah etmirlər.

Qarşı tərəf bunu Belarus müxalifətini dəstəklədiyinə görə polyakların cəzalandırılması kimi qiymətləndirir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Polşa   Belarus  





Xəbər lenti