İranda virusdan ölənlərin sayı 25 minə çatır

İranda virusdan ölənlərin sayı 25 minə çatır
  23 Sentyabr 2020    Oxunub:2360
İranda son sutka ərzində daha 184 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, ölkədə pandemiya qurbanlarının sayı 24 840 nəfərə çatıb. Virusa yoluxma sayı son sutkada 3 948 nəfər artaraq 432 798 -ə yüksəlib. İranda indiyədək 365 846 koronavirus xəstəsi sağalıb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: İran   Koronavirus  





Xəbər lenti