Slovakiya Lukaşenkonun legitimliyini tanımadı

Slovakiya Lukaşenkonun legitimliyini tanımadı
  23 Sentyabr 2020    Oxunub:1585
Slovakiya Belarus prezidenti Aleksandr Lukaşenkonun legitimliyini tanımadığını elan edib.
Azvision.az xəbər verir ki, Slovakiyanın Xarici İşlər naziri İvan Korçok bu barədə “Twitter” də yazıb. O qeyd edib ki, Lukaşenkonun ölkəsini idarə etmək üçün heç bir legitimliyi yoxdur.

"Bu gün Belarus prezidenti olaraq andiçmə mərasimi keçirilən Aleksandr Lukaşenko ölkəsini idarə etmək üçün heç bir legitimliyə sahib deyil. O, Belarusdakı azad və ədalətli olmayan prezident seçkilərinə görə məsuliyyət daşıyır. Slovakiya Belarus vətəndaşlarını dəstəkləyir", Korçok yazıb.

Avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib, Mərkəzi Seçki Komissiyasının yekun məlumatına görə, Lukaşenko səslərin 80,1% -ni qazanıb. Bu gün əvvəlcədən elan edilmədən Lukaşenkonun andiçmə mərasimi keçirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: BelarusPrezidenti  





Xəbər lenti