"Navalnı istədiyi vaxt Rusiyaya gələ bilər" - Peskov

 "Navalnı istədiyi vaxt Rusiyaya gələ bilər" -  Peskov
  23 Sentyabr 2020    Oxunub:3337
Aleksey Navalnı hər bir Rusiya vətəndaşı kimi ölkəyə gələ bilər. Lakin özü Rusiya hüquq-mühafizə orqanları ilə məlumat paylaşmaq istəmədiyi təqdirdə, Moskvada onunla heç bir söhbət və ya görüş planlaşdırılmır.
Azvision.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Navalnı istədiyi vaxt Rusiyaya gələ bilər.

Bununla belə, Peskov Almaniya ilə Rusiya arasında hələlik birbaşa hava əlaqəsinin olmadığını xatırladıb.

"Ona görə, bu, ya indi hava əlaqəsi olan ölkələr vasitəsilə mümkündür, ya da rəsmi ev sahibi olan ölkə yenidən onu xüsusi bir təyyarə ilə təmin edə bilər. Bu barədə artıq biz bilmirik. Qeyd etdiyim kimi, hər bir Rusiya Federasiyasının vətəndaşı kimi o da ölkəyə gələ bilər”, Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Rusiya müxalifətinin lideri Navalnı səhhətinin yaxşılaşması səbəbindən zəhərlənmə diaqnozu ilə müalicə aldığı Berlindəki “Charite” klinikasından buraxılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Mətbuat-katibi   Peskov  





Xəbər lenti