ABŞ-da qatil edam edildi

ABŞ-da qatil edam edildi
  23 Sentyabr 2020    Oxunub:3029
ABŞ-da tibbi bacısı Coan Tisleri vəhşicəsinə öldürən şəxsi edam ediblər.
Azvision.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Bildirilib ki, 2001-ci ildə tibb bacısını zorlayaraq öldürən Lekroy psixiatrla söhbət zamanı qurbanını 20 il əvvəl onu cinsi istismara məruz qoyan dayəsi hesab etdiyini deyib. Qatil bildirib ki, qızın onun üzərinə qoyduğu cadunu təcili götürməli idi.

Telekanalın məlumatına görə, 50 yaşlı Lekroy ölümcül inyeksiya ilə edam edilib. Bu İndiana Ştatında həbsxanada baş tutub.

Qeyd edək ki, bu bir il ərzində federal səlahiyyətlilər tərəfindən sifariş edilən altıncı edamdır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ABŞ   Edam  





Xəbər lenti