"Belarusda "rəngli inqilab" iflasa uğradı - Lukaşenko
"Bizim dövlətçiliyimizə qarşı böyük bir problem ortaya atdılar - müstəqil dövlətlərin məhv edilməsi üçün dəfələrlə işlənmiş etibarlı texnologiyalardan istifadəyə çalışdılar. Ancaq biz "rəngli inqilabın” baş tutmadığı çox az sayda - hətta bəlkə də yeganə dövlət olduq. Və bu heç bir şəkildə ölkəni itirmək istəməyən belarusların seçimidir".
Lukaşenko deyib ki, ölkədəki hadisələr belarusların böyük əksəriyyətinin torpaqlarını sevdiyinə, ona sülh, əmin-amanlıq və firavanlıq arzulamasına əmin olmağa imkan yaratdı.
"Kənardan şeytani şəkildə müdaxilələrə baxmayaraq, bir-birimizə hörmətimizi saxladıq".
Xatırladaq ki, bu gün Lukaşenki and içərək 6-cı müddətə rəsmən prezident kimi fəaliyyətə başlayıb.
Pərvanə Sultanova
Azvision.az