"Rusiya ilə münasibətlərimiz mürəkkəbdir" - Zelenski

"Rusiya ilə münasibətlərimiz mürəkkəbdir" -  Zelenski
  23 Sentyabr 2020    Oxunub:3236
Ukrayna Prezidenti Vladimir Zelenski hazırda Rusiya ilə münasibətlərin mürəkkəb olduğunu deyib.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna lideri Slovakiyanın “Hospodárske” nəşrinə müsahibəsində deyib.

Prezidentin ofisinin yaydığı müsahibənin mətnində vurğulanıb ki, iki ölkənin əvvəllər bir çox iqtisadi, insani təmasları var idi.

"Rusiya ilə münasibətlərimiz mürəkkəbdir. Donbasdakı müharibə yeddi ildir davam edir. Rusiya Krım yarımadamızı ilhaq etdi. Eyni zamanda, bizim tarixən ağrılı bir şəkildə bitirmək məcburiyyətində qaldığımız bir çox iqtisadi və insani təmaslarımız var idi", Zelenski əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ukrayna   Zelenski  





Xəbər lenti