Ukraynanın COVID-19 statistikası - Ölü sayı 3705-ə çatdı

Ukraynanın COVID-19 statistikası -  Ölü sayı 3705-ə çatdı
  23 Sentyabr 2020    Oxunub:2998
Ukraynada son sutka ərzində 3497 nəfər COVID-19 virusuna yoluxub, 63 pasiyent həyatını itirib.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkə üzrə ümumi yoluxma sayı 184 734-ə çatıb, 3705 nəfər virusun qurbanı olub, 81 670 xəstə sağalıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ukrayna   Koronavirus  





Xəbər lenti